"Təkcə Çindən bu ilin 8 ayı ərzində 212 blok qatar göndərilib ki, bu 420 min ton yük deməkdir".

İqtisadiyyat.az xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov Bakıda keçirilən “Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasının qurulmasına dair dəmir yolu administrasiyaları rəhbərlərinin məşvərət toplantısında bildirib.

"Təbii ki, bizim Orta Dəhlizin potensial imkanı bundan qat-qat artıqdır. Məqsədimiz yalnız Çin-Qazaxıstan sərhədindən gələn yüklər deyil, eyni zamanda bu istiqamətdən gələn yüklərin də qəbul olunmasıdır. Çin rəsmiləri də bu dəhlizə çox böyük maraq göstərirlər. Bu ilin sonuna qədər Çindən 300 blok qatar yola salınacaq. Lakin Çin dəmir yollarının, ümumiyyətlə Çin Xalq Respublikasının bu marşruta verəcəyi blok qataraların sayı aylıq 100, illik isə 1000 üzərində olması planlaşdırılır", -  R. Rüstəmov bildirib.