İtaliyanın “İnter” klubu digər A Seriyası təmsilçisi “Napoli”dən Pyotr Zelinskini transfer edib.

İqtisadiyyat.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 30 yaşlı polşalı futbolçu ilə müddəti 2028-ci ilə qədər olan müqavilə imzalanıb.

2016-cı ildən “Napoli” klubunun formasını geyinən yarımmüdafiəçi bu müddət ərzində 364 oyun keçirib, 51 qola imza atıb. Zelinski Polşa millisinin heyətində meydana çıxdığı 93 matçda 12 qolla yadda qalıb