Venesuelanın son günlər ard-arda qaranlığa qərq olması oğurluq hallarının sayını artırıb. Cinayətkarlar mağazalarda işığın olmamasından məharətlə istifadə edirlər.

İqtisadiyyat.az Bizimyol.info-ya istinadən xəbər verir ki, Venesuela polisi təkcə son bir sutkada Karakasda supermarketləri soyan 50 oğrunu həbs edib.

Əslində, mağazaları qarət edənlərə birbaşa oğru adı da vermək olmaz. Adi adamlar aclıqdan supermarketləri soymağa cəhd göstərir. Venesuela əhalisi elementar gündəlik ərzaq ehtiyaclarını ödəyə bilmir.

Həbs olunanların yaxınları polisin onları harada saxladığından xəbərsizdir. Polisdən informasiya tələb olunur.

Venesuela zülmətə qərq oldu

Ölkədə işıq problemi ilk dəfə martın 7-də yaranmışdı. Azı 23 ştat qaranlığa bürünmüşdü. Belə olan halda üç gündür işləməyən mağazalara da hücumların sayı artıb. Adamlar mağaza vitrinlərini daşla sındıraraq, ərzaq oğurlayır.

Venesuela prezidenti Nikolas Maduro baş verənlərə görə ABŞ-ı günahlandırır. Müxalifət lideri Xuan Quaydo isə dövlət orqanlarının yarıtmaz işini əsas səbəb kimi göstərir.