Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 3-də Zəngilan şəhərində altıncı yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak edib.
İqtisadiyyat.az xəbər verir ki, dövlətimizin başçısına yaşayış kompleksi barədə məlumat verildi.
Bildirildi ki, yaşayış kompleksi orta sıxlıqlı ərazidə, məktəb, uşaq bağçası, inzibati və ticarət zonalarnın yaxınlığında yerləşəcək. Kompleks 3 hektar ərazidə yaradılacaq.
Baş plana uyğun olaraq, kompleksdə 3, 4, 5 və 6 mərtəbəli çoxmənzilli binaların inşası nəzərdə tutulur. Burada tikiləcək yaşayış binalarında 177 mənzilin olması planlaşdırılıb.
Prezident İlham Əliyev altıncı yaşayış məhəlləsinin təməlini qoydu.
***18:23
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 3-də Zəngilan şəhərində beşinci yaşayış kompleksinin təməlini qoyub.
İqtisadiyyat.az xəbər verir ki, dövlətimizin başçısına kompleks barədə məlumat verildi.
Qeyd olundu ki, yaşayış kompleksi şəhərin mərkəzi hissəsində, orta sıxlıqlı və çoxfunksiyalı zonada yerləşir. Kompleksin ərazisi məktəb və uşaq bağçası, Zəngilan Konqres Mərkəzi və şəhər parkının yaxınlığında yerləşir.
Yaşayış məhəlləsi 5 hektar ərazini əhatə edir. Burada binalar 3, 4, 5 və 6 mərtəbədən ibarət olacaq. Ümumilikdə bu yaşayış kompleksində 334 mənzilin inşası nəzərdə tutulub.
Prezident İlham Əliyev yaşayış kompleksinin təməlini qoydu.
***15:08
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 3-də Zəngilan şəhərində beşinci və altıncı yaşayış komplekslərinin təməllərini qoyub.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.