Bakı vaxtı ilə saat 07:29-da Zaqatala stansiyasindan 16 km cənub-qərbdə, Zaqatala ərazisində zəlzələ olub.

İqtisadiyyat.Az AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir ki, zəlzələ episentrdə 4, ətraf rayonlarda 4-3 bala qədər hiss olunub.

Zəlzələnin ocağı 6 km dərinlikdə yerləşib.

Qeyd edək ki, ötən gün ərzində Zaqatalada daha iki zəlzələ qeydə alınıb.