"Cənab Prezident İlham Əliyevin regionlara səfəri onun göstərir ki, tək işğaldan azad olunmuş ərazilərdə deyil, eyni zamanda ölkənin digər regionlarını da diqqətdə saxlayır. Biz bunu həm büdcə ayırmalarında, strukturda və eyni zamanda Prezident İlham Əliyevin səfərlərində görə bilirik. Ölkə başçısı çox ciddi məsələlərə toxundu. Prezidentin irəli sürdüyü fikirlər məqsədsiz deyildi, həmin ifadələr yerli qurumlara xəbərdarlıq, əhaliyə hesabat, xarici dairələrə mesaj, strategiyanın dəyişməməsi ilə bağlı mövqeyin nümayişi idi”.

Prezident İlham Əliyevin bölgələrə səfərinin iqtisadi əhəmiyyətini İqtisadiyyat.az-a şərh edən iqtisadçı-ekspert Eldəniz Əmirov deyir ki, burada diqqəti cəlb edən əsas məqam məhz Azərbaycanın büdcəsinə yenidən baxılması və işğaldan azad olunmuş ərazilərdə gündəlik xərclərin artırılmasıdır ki, hazırda büdcə daxil olmaları buna imkan verir:

“Demək olar ki, gömrük və vergi xətti ilə daxil olmalar nəzərdə tutulanlardan daha artıq olmuşdur.Bu isə 3 ay ərzində 1,5 milyard manatlıq əlavə vəsait deməkdir. Bu tendensiya davam edərsə, illik 6 milyard əlavə vəsait deməkdir, qeyd etdiyimiz kimi davam etməsə belə hesab edirəm ki, ən aşağı vəziyyətdə 3,5 milyard əlavə vəsait hər iki xətt üzrə daxil olmalarına il sonuna kimi formalaşacaqdır.

Adətən büdcəyə  yenidən baxılması yay aylarına  təsadüf edilir, bura daha çox gəlirlərin artım dinamikası büdcəyə yenidən baxılmasını şərtləndirən əsas faktorlardandır. Gəlirlər azaldığı zaman, balansda müəyyən azalmalar həyata keçirilir. Artdığı zaman isə büdcə xərcləri artırılır.

Biz təcrübədə yalnız bir dəfə büdcədə müəyyən azalmalar  müşahidə etmişik, qalan bütün illərdə demək olar ki, gəlirlərin artması fonunda büdcəyə yenidən baxılıb”.

İqtisadçı əlavə etdi ki, büdcəyə hər dəfə yenidən baxılmasının başlıca səbəbi, büdcə tətbiq olunarkən risk faktoruna daha ehtiyatlı yanaşılmasıdır. Burada da əsas xərc istiqamətləri - işğaldan azad olunmuş ərazilər, daha sonra isə hərbi istiqamətlərdir.