Bu məsələ istər işəgötürəndən, istərsə işçidən ayrıca məsuliyyət tələb edir. İstehsalatda bədbəxt hadisələrin səbəbləri hansılardı?İş qəzaları necə yaranır? İşəgötürən sağlam və təhlükəsiz iş şəraiti yaratmayanda, həmçinin əməkdaşlar da ehtiyatsız davrananda, əməyin mühafizəsi ilə bağlı tələblərə laqeyd yanaşanda və təbii ki, fərdi mühafizə vasitələrindən yararlanmayanda bədbəxt hadisələr baş verir. Özəlliklə tikinti və istehsal sahələrində belə hallara rast gəlinir. Digər əsas səbəblərdən biri də iş yerində risklərin sistematik qiymətləndirilməməsi və ya qiymətləndirmə  bacarığının olmamasıdır ki, bu da bədbəxt hadisələrin yaranmasına gətirib çıxarır. Elə bu səbəbdən son illərdə Holcim şirkətində iş yerində risklərin qiymətləndirilməsilə bağlı geniş nəzəri və praktik  təlim proqramları keçirilir.

Zavodun rəhbərliyi əmindir ki, əməyin mühafizəsinin dərindən öyrənilməsi, işçilərin maarifləndirilməsi, tətbiq üsullarının təkmilləşdirilməsi bütövlükdə təhlükəsizlik mədəniyyətinin yaranmasına təkan verir.  Bundan əlavə  şirkətin əməkdaşları ilə yanaşı, podratçılar, müştərilər, tərəfdaş təşkilatlar da mövcud proqramlarla əhatə olunur. İstər sıravi, istərsə də rəhbər işçilər kompleks tədbirlərə yaxından cəlb edilir və baş verəbiləcək risklərin aradan qaldırılması yönündə qabaqlayıcı tədbirlər görülür.

Uğurlu nəticə özünü çox gözlətmədi - Holcim Azərbaycan bu il “6 il xəsarətsiz iş vaxtı”nı qürurla qeyd etdi. “Əməkdaşlar qazanılmış nailiyyətlərlə kifayətlənməməlidirlər. Əldə olunan nailiyyətləri qoruyub saxladığımız kimi daha yüksək səviyyəyə qalxmalıyıq, çünki bu mükəmməliyə aparan uzun yoldur.  Hər bir bədbəxt hadisənin sonunda insan həyatı və sağlamlığı dayanır, biz bunu bir anda unutmamalıyıq. Əməkdaşlarımızın və özümüzün təhlükəsizliyi hər birimizin məsuliyyətidir” fikiri hər bir işçinin həyat tərzinə çevrilməlidir”. Bu barədə ətraflı ƏMTT üzrə menecer Vadim Qəribov vurğulayıb.

Holcim Azərbaycan 80 ölkədə 80 min işçi qüvvəsi ilə fəaliyyət göstərən "LafargeHolcim Qrupu"n üzvüdür. "LafargeHolcim" dünyada sement, hazır beton məhsulları və aqreqat istehsalı və paylanması sahəsində dünya liderlərindən biridir.