Xalq artisti Könül Xasıyeva jurnalist Pərviz Hüseyni Nərimanov Rayon Məhkəməsinə verib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə media nümayəndəsi özü məlumat yayıb.
"Ötən gün növbəti proses baş tutdu. Könül xanım iclasa vəkili ilə gəlmişdi. 40 min manat pul, 6 ay həbs, üzr və təkzibə birini də əlavə edərək sosial şəbəkələrdə üzr videosu tələbini irəli sürdü.
Bundan başqa, proses zamanı məhkəmə tərkibinin yanında təhqiramiz ifadələrlə birgə “Səni əllərimlə boğaram” sözlərini işlətdi. 
Video və səs yazısı şəklində faktlar olduğu üçün tərəfimə işlədilən ifadələr vəkilim Babək Həmidov tərəfindən aktlaşdırıldı. Mən də Könül Xasıyevanı məhkəməyə verəcəyəm.
Məhkəmə işə baxılmasını aidiyyəti üzrə Səbail rayon məhkəməsinə göndərdi. Proses bundan sonra orada davam edəcək”.
Qeyd edək ki, K.Xasıyeva P. Hüseyni məhkəməyə verməsinə səbəb jurnalistin onun haqda yazdığı tənqidi statusdur:
“Könül Xasıyevanın neçə evi var, birini satsın əməliyyat olunsun. Hər dəfə camaatdan pul yığır. Keçən dəfə də xəstəlik adıyla pul yığıb, sonra oğlu Kazıma 2 minə it almışdı. Hələ yazıb ki, sənət yoldaşlarım bircə toyun pulunu kartıma köçürsəniz, sağalaram. Niyə də? Allah şəfa versin, o ayrı. Amma bu qədəri də ifratdır, hər şeyin təhəri var!”.