“Ötən ilin iyul ayı ilə müqayisədə bu il iyul ayı daha sərin keçir”.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib.

O bildirib ki, hazırda temperatur rejimi 2018-ci ilin iyul ayı ilə müqayisədə 8-10 dərəcə aşağıdır.

“Hazırda ölkə ərazisində kifayət qədər sərin hava şəraiti müşahidə olunur”, - U. Tağıyeva qeyd edib.(apa)