Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə bu gün saat 22 00-dan səhər saatlarınadək Əsəd Əhmədov və Xiyabani küçələrində üfiqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.

Bu barədə İqtisadiyyat.Az-a “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən məlumat verilib.

Sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.