Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən qısa müddətdə söndürülüb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Yanğın nəticəsində ümumi sahəsi 1200 m² olan anbarın içərisində olan plastik yeşiklər, karton və taxta taralar 300 m² sahədə yanıb, yüksək temperaturdan anbarın metal konstruksiyadan ibarət dam örtüyü 700 m² sahədə deformasiyaya uğrayıb.

Anbarın qalan hissəsi və ona bitişik karton istehsalı sexi yanğından mühafizə olunub.

21:00

Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi ərazisində yerləşən sexlərin birində yanğın başlayıb.

Yanğın müxtəlif sexlərin yerləşdiyi ərazidə qeydə alınıb.

Hadisə yerinə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam edir.