Sumqayıtda piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. 

İqtisadiyyat.az xəbər verir ki, hadisə şəhərin 6-cı mikrorayonunda qeydə alınıb.

Yolu keçmək istəyən piyada 1981-ci il təvəllüdlür Altay Sərməs oğlu Kişiyevi avtomobil vurub.

Sürücü hadisə yerindən yayınıb.

Faktla bağlı araşdırma aparılır.