Azərbaycanın İsrail ilə ticarət dövriyyəsi bu ilin yanvar-sentyabr aylarında 1 milyard 235 milyon 123 min dollar təşkil edib.

İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 149,8 milyon dollar azdır.

Hesabat dövründə ölkədən İsrailə ixrac 1,2 milyard dollar təşkil edib. Azərbaycanın bu ölkədən idxalının dəyəri isə 22,6 milyon dollar olub.

Son 5 ildə isə Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi isə belə olub:

 

İl

Ticarət dövriyyəsi

2019

1,1 milyard dollar

2020

404,7 milyon dollar

2021

542,3 milyard dollar

2022

1,3 milyard dollar

2023

1,2 milyard dollar

 

Gözəl Həşimova