Samux rayonunda taxıl biçininə başlanılıb.

Cari ildə rayonda 10535,7 hektar sahədə taxıl, o cümlədən 6335,2 hektar buğda və 4200,5 hektar arpa əkilib.

Taxıl sahəsinin 5766,2 hektarı rayon əhalisi tərəfindən, 4769,5 hektarı isə kənd təsərrüfatı müəssisələri tərəfindən əkilib.

Hazırda rayon üzrə 815,8 hektar sahədə taxıl biçini aparılıb, 3038,2 ton məhsul götürülüb. Məhsuldarlıq 37,79 sentnerdir.(Fins.az)