“Sabunçu İstesalat Xidməti Bazası” ASC-nin səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək.

İqtisadiyyat.az xəbər verir ki, yığıncağın iyulun 22-də keçirilməsi nəzərdə tutulub.

Gündəlikdə olan məsələlər.

1. Cəmiyyətin hüquqi ünvanının dəyişdirilməsi;

2. Hüquqi ünvanın dəyişməsi ilə əlaqədar yeni redaksiyada nizamnamənin hazırlanması;

3. Dövlət qeydiyyatı məlumatlarında və cəmiyyətin nizamnaməsində baş vermiş dəyişikliklərin qeydə alınması üçün  İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə müraciət edilməsi;

4. Digər məsələlər. 

Qeyd edək ki, “Sabunçu İstesalat Xidməti Bazası” 2004-cü ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 1 389 302 manatdır. Qanuni təmsilçisi isə Məmmədov Mikayıl Kiçikağa oğludur.