ABŞ-nin qəhvə şəbəkəsi olan "Starbucks" işçilərinin həmkarlar ittifaqı mübarizəsi, İsrailə qarşı boykotun simvol şirkətlərindən birinə çevrilməsi və qiymət artımları ilə əlaqədar ən çətin dövrlərindən birini yaşayır.

İqtisadiyyat.az "BBC"ə istinadən xəbər verir ki, bu ilin əvvəlində şirkətin dünya üzrə satışları illik 1,8 faiz azalıb. Şirkətin ən böyük və ən mühüm bazarı olan ABŞ-də satışlar isə 3 faiz azalıb. Bu, 2008-ci il maliyyə böhranından sonra ən böyük azalmadır.

Ötən rüb şirkətin müştərilərinin sayı 4 faiz azalıb. Məlumata görə, "Starbucks" hazırda iflas astanasındadır.

 

Gözəl Həşimova