Türkiyənin Artvin vilayətinin Borçka qəsəbəsində su anbarına atılan qurbanlıq heyvanların içalatları etiraza səbəb olub.

İqtisadiyyat.Az “İxlas” xəbr agentliyin istinadən xəbər verir ki, Qurban bayramı münasibətil kəsilən qurbanlıqların içalat və dəriləri naməlum şəxslər tərəfindən Muradlı su anbarına atılıb. Nəticədə ortaya çıxan ağlasığmaz görüntülərdən əlavə, anbarı kəskin qoxu bürüyüb.

Bayram ziyarətinə gələn və gölü görmək istəyənlər qarşılaşdıqları mənzərə qarşısında şoka düşüblər. Gölün mənzərəsini telefonla çəkərək sosial mediada yerləşdirib və öz tənqidi fikirlərini bildiriblər.

Mehman Nəbiyev