"Qalıq yanacaqların mərhələli şəkildə dayandırılması zəruri və qaçılmazdır".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə BMT-nin Baş katibi Antonio Quterreş Dünya İqtisadi Forumunun iştirakçılarına müraciətində deyib.

Quterreş planetin temperaturunun üç dərəcə yüksələcəyi ilə bağlı xəbərdarlıq edib:

"Qalıq yanacaqların mərhələli şəkildə dayandırılması zəruri və qaçılmazdır. Heç bir qüvvə bunu dəyişməyəcək. Ümid edək ki, bu, çox gec olmayacaq. Biz bərpa olunan enerjiyə ədalətli keçidi təmin etmək üçün indi hərəkətə keçməliyik".

 

Gözəl Həşimova