İranın Ticarətin İnkişafı Təşkilatının rəhbəri Əlirza Peyman Pak İran və Azərbaycan sərhədindəki Astara Gömrüyündə və Rusiya ilə Azərbaycan sərhədindəki Samur Gömrüyündə yük avomobillərinin axınının artdığını açıqlayıb.

Əlirza Peyman bildirib ki, ticarətin bu artımı Şimal-Cənub Dəhlizinin yaradılması ilə yanaşı, nəqliyyatın hərəkətini də artıracaq.

“Təəssüf ki, Azərbaycan Respublikası ərazisindən keçən İrandan Rusiyaya gedən quru yolunda mövcud infrastruktur bu ticarət həcmini qəbul etməyə hazır deyil və problemlər yaradır. Samur keçid məntəqəsində yük maşınlarının qəbul imkanları məhduddur. Bu məhdudiyyətə əlavə olaraq, Rusiyanın təhlükəsizlik yoxlamalarının gücləndirilməsi uzun tıxaclara yol açır". 

İran rəsmisi bildirib ki, problemin həlli istiqamətində Rusiya ilə danışıqlar aparılıb və lazımi göstərişlər verilib.