Mərkəzi Bankın təqdim etdiyi məlumata görə 2021-ci il iyun ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 15067,1 milyon manat təşkil edib. 

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayımlayıb. 

Məlumata görə, kreditlərin 97,5 %-i banklar, 2,5 %-i isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği 906,9 milyon manat olmuş və ümumi kredit portfelinin 6,0 %-ni təşkil edib.