Dünya birjalarında neftin qiyməti azalıb.

İqtisadiyyat.Az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 0,08 dollar və ya 0,15% ucuzlaşaraq 53,55 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,08 dollar və ya 0,14% azalaraq 58,86 dollar təşkil edib.