Bu gün biologiya, ingilis dili, musiqi və rus dili fənləri üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin vakansiya seçimi mərhələsi yekunlaşır.

Təhsil Nazirliyindən verilən məlumata görə, qeyd olunan fənlər üzrə 30 və daha yüksək bal toplayan namizədlər bu gün saat 14:59-dək şəxsi səhifələrinə daxil olaraq vakansiya seçimi edə bilərlər. 

Qeyd edək ki, namizədlər seçdiyi vakant yerə yerləşdikdən sonra həmin yerdən imtina etdiyi halda müsabiqənin növbəti vakansiya seçimlərində iştirakı təmin olunmayacaq.