MİQ 29 Sovet İttifaqında dizayn olunmuş iki mühərrikli, çoxməqsədli, dördüncü nəsil döyüş təyyarəsidir.Dünyanın 26 ölkəsinin Hərbi Hava Qüvvələrində ( HHQ) istifadə olunur. Bunlar arasında Azərbaycan, Rusiya, Hindistan, Əcəzair, İran, Hindistan. Yəmən, MDB ölkələri,Serbiya, Polşa, Peru, Malayziya və sair ölkələr var.

1970-ci illərdə konstruksiya olunmuş bu qırıcı öz ölçülərinə görə daha böyük olan Su-27 ilə birlikdə ABŞ istehsalı F-15 və F-16 tipli döyüş təyyarələri ilə rəqabət aparmaq məqsədilə hazırlanıb. MiQ-29 ilk dəfə 1982-ci ildə Sovet Hərbi Hava Qüvvələrində silahlanmaya daxil edilib.

Bu qırıcının istehsal olunmasında ilkin məqsəd düşmən qırıcıları ilə havada mübarizə aparmaq hesab olunsa da, sonradan ona əlavə edilmiş yüksək dəqiqlikli və uzun mənzilli hava-səth silahları sayəsində müxtəlif döyüş əməliyyatlarında istifadə edilə bilən çoxməqsədli qırıcıya çevrilmişdir.

Çoxməqsədli MiQ-29M və hərbi dəniz qüvvələri üçün nəzərdə tutulmuş MiQ-29K da daxil olmaqla indiyə qədər bir neçə variantı istehsal olunmuşdur ki, bunlardan da ən müasiri MiG-35 hesab olunur.

ABŞ-ın yüngül qırıcı təyyarə- F-16 ilə bağlı proqramını başlatması MiQ-29 layihələşdirilməsinə ciddi təsir etdi: bahalı, ağır, yüksək radiuslu radarları olan F-15-ə qarşı Su-27, yüngül F-16-ya cavab olaraq MiQ-29 hazırlanmağa başlandı.

Təyyarənin gövdəsi əsasən allüminium ərintilərindən və dəmirdən, bəzi detallarda isə titan və qatışıq materiallardan istifadə edilmişdir. Qanadların əyilməsi ön kənarlara görə 42 dərəcədir.
Silahlanmasında iç dayaqlarda daşınıla bilən, orta məsafəli hava-hava tipli Vympel R-27, idarəedilməyən bomba və raketlər daxildir. Bundan əlavə, MiQ-29 yaxın məsafəli döyüşlər üçün effektiv atış uzaqlığı 1200–1800 m olan, əksər Sovet hərbi təyyarə və helikopterlərində quraşdırılan QŞ-301 tipli aviatopla təchiz edilib. Heyət bir nəfərdən ibarət olur. Təyyarənin uzunluğu 17,37 metr, çəkisi 11 tondur. Maksimal sürəti Mach 2.25 (2400 km/s) Alçaq uçuşlarda: Mach 1.25 (1500 km/h) təşkil edir.

1994-cü ildə – atəşkəs müqaviləsi imzalandıqdan sonra Azərbaycanda başlanan hərbi islahatlar prosesinin özəyini məhz HHQ və HHMQ təşkil edib. Səbəb aydındır – işğal altında olan Azərbaycan əraziləri yüksək relyefə malikdir və bu əraziləri işğaldan qurtarmaq işində qırıcıların, hərbi təyyarələrin və hava hədəflərini vuracaq texnikaların əvəzi yoxdur. 1997-ci ildə Azərbaycanın Ali Hərbi Təyyarəçilik Məktəbi ilk milli hərbi təyyarəçilərimizin buraxılışına başlayıb.

Beləliklə, 2005-ci ildən Azərbaycanda müdafiəyə ayrılmış vəsaitlərin əhəmiyyətli hissəsi məhz HHQ və HHMQ-nin dirçəldilməsinə sərf edildi. 1995-ci ildə – Azərbaycanın illik hərbi büdcəsinin 80-90 milyon dollara yaxın olduğu dövrdə HHQ və HHMQ-yə təxminən bir neçə milyon dollar vəsait ayrılırdısa, 2008-ci ildə bu rəqəmin az qala hərbi büdcənin 15 faizini əhatə etməsi ilə bağlı ehtimallar səslənib. Bu isə 1 milyard 500 milyon manatlıq hərbi büdcənin təxminən 250 milyon manatı deməkdir.

Azərbaycan şahinləri

Azərbaycan HHQ-nin pilotları MDB məkanında ən çox uçuşlar keçirmiş pilotlar sayılır. Azərbaycan pilotları əsasən Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbində hazırlanır, Türkiyə, Ukrayna, ABŞ və digər ölkələrin müvafiq ixtisasartırma kursları və təlimlər keçirlər.
Azərbaycan Cənubi Qafqaz regionunda maddi-texniki imkanlar baxımından yüksək və ən çox döyüş təyyarəsi olan ölkə sayılır. Müxtəlif məlumatlara görə, hazırda 8,000 nəfər personalın xidmət etdiyi Azərbaycan HHQ arsenalına 200-ə yaxın döyüş təyyarəsi, 160-a yaxın zərbə helikopteri, həmçinin 46 ədəd yardımçı təyyarə və helikopter daxildir. 8000 nəfər personalın xidmət etdiyi HHQ-nin arsenalında “Aero L-29”, “Aero L-39” təlim-hücumçu, müxtəlif təyinatlı MiQ-21, MiQ-25, MiQ-29, Su-17, Su-24, Su-25, İl-76, An-24, An-12, Tu-134A, Tu-16, Mi-2, Mi-6, Mi-8, Mi-24, Mi-35M markalı helikopterlər, həmçinin dünyanın tanınmış şirkətlərinin (Aerostar, Orbiter) istehsalı olan pilotsuz uçan aparatlar var.
2006-cı ildə Ukrayna ilə imzalanmış müqaviləyə əsasən Azərbaycan bu ölkədən 29 ədəd modernləşdirilmiş MiQ-29M döyüş təyyarəsi, həmçinin Mi-24 helikopterləri alıb. Azərbaycanla Belarus arasında hərbi-texniki əməkdaşlıq çərçivəsində, Hərbi Hava Qüvvələrimizin MiQ-29 və Su-25 döyüş təyyarələri Belarusun “Müdafiə Təşəbbüsləri” müəssisəsi tərəfindən hazırlanan “Talisman” Gövdə Müdafiə Kompleksi (GMK) ilə də təhciz edilib.

Pilot hazırlığı da asan proses deyil

Pilotlar oxuduqları təhsilə görə xüsusi pilot lisansı (PPL), ticari pilot lisansı (CPL) və ya hava yolu nəqliyyat pilotu lisansı (ATPL) sahibi ola bilərlər. ATPL lisansı ən əhatəli ticari lisans olub, digər lisansları da əhatə edər. Bir pilot öz ölkəsində oxuduğu lisans və dərəcələndirmələri bağlı olduğu havaçılıq nüfuzlarının icazə verdiyi ölkələrdə istifadə edə bilər.
Pilot olmaq üçün lazımlı kriteriyaların siyahısına diqqət yetirək. Pilot olmaq istəyən şəxs: 18 yaşdan yuxarı olmalıdır. Bu iş üçün sağlamlıq arayışı almalıdır. Beynəlxalq qaydalara görə yoxlamadan keçməsi şərtdir.

Bundan sonra xüsusi pilot təhsili deyilən bir təlimdən keçmək lazım gəlir . Bu təlim 50 saat davam edir. Bununla paralel, 80 saata yaxın bir yer dərsi də keçmək şərtdir. Bu təhsili bitirəndən sonra pilotlara beynəlxalq dərəcəsi olan bir pilot dərəcəsi verilir. Bundan sonra qanunda göstərilən şərtlər daxilində uçuş icazəsi də qazanılır.

Bunu davam etdirmək istəyənlər SPL, yəni, ticari pilot təhsilinə davam etmək olar.
Narkotik və alkoqol asılılığının olmaması da şərtlər sırasındadır.

Azərbaycanda mülki aviasiya sahəsinə ümumi nəzarət və rəhbərliyi Uçuşların Təhlükəsizliyi üzrə Avropa Agentliyi (EASA) edir. Təyyarələri idarə edən pilotların seçilməsində isə beynəlxalq standartlar, Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) müəyyən tələbləri var. Bundan başqa, Azərbaycanda pilotlar hələ Milli Aviasiya Akademiyasına (MAA) qəbul olunanda öz qabiliyyətlərinə, sağlamlığına və bir sıra digər məsələlərə görə seçilirlər. Əgər abituriyentlər bu meyarlara, şərtlərə cavab vermirlərsə, o zaman onlar müvafiq fakültələrə qəbul olunmurlar. Daha sonra isə pilotların psixoloji durumunda və sağlamlığında ümumən baş verə biləcək dəyişiklikləri nəzarətdə saxlamaq üçün onlar mütəmadi olaraq tibbi müayinədən keçirilirlər.