Argentinanın Alberti Partido bölgəsində üzə çıxan mənzərə yerli əhalini dəhşətə gətirib. Alberti gölündə minlərlə balığın ölməsi faktı yerli ekoloqları hərəkətə keçirib. Rəsmilərin məlumatına görə, buna səbəb ölkə ərazisində müşahidə olunan anomal istilərdir. Bəzi yerlərdə havanın hərarətinin 40-50°C-yə çatması ümumilikdə 20 tona yaxın balığın tələf olması ilə nəticələnib.