Azərbaycan Mərkəzi Bankı (AMB) 93 fiziki şəxsə verilən sığorta agenti lisenziyaları müvvəqqəti dayandırıb.

Bu barədə AMB məlumat yayıb.

Bildirilir ki, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 106.1.1-ci maddəsinə müvafiq olaraq verilmiş təqdimatların vaxtında və (və ya) tam yerinə yetirilməməsi ilə əlaqədar Azərbaycan Mərkəzi Bankının 10 avqust 2021-ci il tarixli qərarı ilə siyahıda adları qeyd edilən (siyahı əlavə olunur) fiziki şəxs olan sığorta agentlərinə verilmiş lisenziyaların qüvvəsi 10 noyabr 2021-ci il tarixinədək dayandırılıb.

Lisenziyalarının qüvvəsi dayandırılan fiziki şəxs olan sığorta agentlərinin siyahısı: