Valideynləri peyvənd olunmayan uşaqların məktəbə buraxılmayacağı barədə iddialar yer alıb. 

Bir qrup valideyn bildirib ki, uşaqları təhsil aldığı məktəbdə onlardan koronavirus əleyhinə COVID-19 pasportu tələb olunub. 

Məsələ barədə Təhsil Nazirliyi ilə əlaqə saxladıq. 

Qurumdan oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Təhsil Nazirliyi tərəfindən ümumi təhsil müəssisələrinə qeyd edilən məsələ ilə bağlı heç bir tələb qoyulmayıb və bu mövzuda tapşırıq verilməyib.