Azərbaycanda avtomobil bazarında durğunluq davam edir.

Vəziyyət Sumqayıt şəhərində yerləşən bazarda aparılan araşdırma nəticəsində məlum olub.

Belə ki, son aylar avtomobillərin qiymətində azalma olsa da, ümumi mənzərə ürəkaçan deyil. Satıcılar alıcı qıtlığından, alıcılar isə qiymətlərin yenə də yüksək olmasından şikayətlənirlər.

Hazırda bazarda əsasən, Rusiya istehsalı olan maşınlar, eləcə də qiyməti 8-12 min manat arasında dəyişən “Mercedes” markalı minik avtomobilləri satılır. Çünki tələbat əsasən bu nəqliyyat vasitələrinədir. Report