Hindistanda bir müddət işsiz olan bir ailə başçısı həyat yoldaşını və 3 uşağını öldürüb. Daha sonra həmin şəxs “Whatsapp” ailə qrupunda video yayaraq əməlini etiraf edib.

İqtisadiyyat.Az xarici mediaya istinadən bildiri ki, faciəvi hadisə Hindistanın Uttar Padeş əyalətində yaşanıb. Proqram mühəndisi olan və 5 aydır işsiz olduğu deyilən Sumit Kumar 32 yaşlı yoldaşı Anshu Bala, 5 yaşlı oğlu Prathmesh və 4 yaşlı Aarav və Arakti adlı əkiz qız uşaqlarını öldürüb.

Cinayətdən sonra video çəkib “Whatsapp” ailə qrupunda yayımlayan Sumit kumar, ailəsinin maddi durumunu qarşılaya bilmədiyi söyləyib. Bu səbəblə də içkilərinə yuxu dərmanı atıb və daha sonra küt alətlə onları qətlə yetirib. Kumar həmçinin özünü öldürmək üçün zəhərli kimyəvi maddə alacağını da bildirib. Videonu izləyən Kumarın bacısı, vəziyyəti qohumları Pankaj Singhə söyləyib. Evə gedən Singh qapının kilidli olduğunu görüb və polisə xəbər verib. Polis içəri daxil olarkən cəsədlərlə üzləşib.

Kumarın ən son dəfə gecə saatlarında binanın girişində siqaret çəkdiyi görünüb. Cinayətkar cib telefonunu bağlayıb və polis onun axtarış tədbirlərini davam etdirir.