Həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevə qarşı yeni ittihamlar irəli sürülüb.

Bu barədə onun vəkili Aqil Layıc məlumat yayıb.

O bildirib ki, B.Hacıyevə Cinayət Məcəlləsinin 221.2.2-ci (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə) və 289.1-ci (məhkəmə baxışı iştirakçılarını təhqir etməklə məhkəməyə hörmətsizlik etmə) maddələri ilə yeni ittihamlar elan olunub.