Goranboy rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Hadisə Bakı-Qazax magistral yolunun Goranboy rayonun Dəliməmmədli şəhər ərazisindən keçən hissəsində qeydə alınıb.

Hadisə yerinə təcili tibbi yardım avtomobilləri və Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.

Hadisənin təfərrüatları araşdırılır.