Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 6,25 faiz səviyyəsində sabit saxlanılması haqqında qərar qəbul edib.

Bu barədə Mərkəzi Bankın sədri Elman Rüstəmov faiz dəhlizinin parametrlərinə dair keçirilən mətbuat konfransında məlumat verib.

Faiz dəhlizinin aşağı həddi 5,75 faiz, yuxarı həddi isə 6,75 faizlik diapazonda müəyyənləşdirilib.