Zərdab rayonunun Dəliquşçu kəndində yeni tam orta məktəb binası tikiləcək.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, məktəb 264 şagirdlik nəzərdə tutulub.

Məktəb binasının inşasını "İnşaat Servis-X" şirkəti həyata keçirəcək.

Elm və Təhsil Nazirliyi bunun qarşılığında şirkətə 5.298.314,96 manat ödəniş edəcək.

Sadiq Cavadov