Gələn ildən tibbi sığortanın bütün ölkə üzrə məcburi tətbiqinə başlanılacaq. Vətəndaşların sığorta müqavilələrinin hansı şirkətlərlə aparacağı isə müzakirələrə səbəb olurdu. İSB isə bu şirkətlərin gələn il ictimaiyyətə açıqlanacağını demişdi. Ancaq ötən ilin sonu dövlət vətəndaşlara məxsus informasiyaların şirkətlərə, banklara birbaşa ötürülməsi üçün Elektron Hökumət Portalının tərkibində “ASAN Finans” xidmətini yaratdı. Sığorta şirkətlərinin məhsullarının da həmin xidmət vasitəsilə satılacağı ehtimal olunur. Bəs bu zaman sığorta şirkətləri və agentlərininfəaliyyətində nə kimi problemlər yaranacaq? Sığorta eksperti İlkin İbrahimov İqtisadiyyat.Az-a verdiyi açıqlamada, sığorta şirkətlərinin çətin duruma düşəcəyini vurğulayaraq, məhsullara marağın sürətlə azalacağını bildirib.

Növbəti ildən "İcbari Tibbi Sığorta"nın tətbiqi ilə bağlı sığorta şirkətlərinin "Tibbi məhsul"larında ciddi enmələr müşahidə ediləcək. Çünki icbari tibbi sığortanın məcburiliyi və şirkətlərin də hər ay hər işçiyə bu məhsul üçün 2% ödəməli olması, sığorta şirkətlərinin təqdim edəcəyi sığorta məhsullarına marağı demək olar ki, çox böyük sürətlə aşağı salacağı gözlənilir.

İcbari sığortaların sığorta şirkətləri tərəfindən satılması işsizliyin aradan qaldırılması və sığorta sektorunun inkişafı baxımından vacibdir. Əgər bunun əksi baş verərsə növbəti illərdə sığorta şirkətlərinin müflis olması heç şübhəsizdir. Sığorta eksperti kimi yaranan situasiyanı təhlil edərək çıxadığım qənaət ona əsas verir ki, Sığorta fəaliyyəti haqqında qanunun -müflisləşmə və ləğv prosesi zamanı prosesual hərəkətlərin dəqiqləşdirilməsi onu deməyə əsas verir ki, yaxın gələcəkdə sığorta sektorunda güclü zəlzələ baş verəcək. (simptomları AXAMBASK -la başlayıb)

“ASAN Finans”-ın yaranması prosesi isə İcbari sığorta məhsullarının birbaşa onların vasitəsilə satışının təşkil olunmasına gətirib çıxaracağını ehtimal etmək olar. Bu həll variantı sığorta şirkətlərinin öz agentlərinə qanunda nəzərdə tutulmuş 15-20% komissiyadan çox məbləğinə cavab olaraq başa düşülə bilər. Neçə ildir ki, dövlət yumşaq siyasət apararaq xəbərdarlıqlarla və az sayda agentləri kənarlaşdırmaqla müdaxilə etmək istədi və nəticəsini görmədi.Nəhayət belə bir həll variantı ilə göstəriləcək ki, 15-20% komissiya ilə işləmək mümkündür.

Əlavə olaraq problem orada yaranacaq ki, sığorta hadisələrinin tənzimlənməsini kim həyata keçirəcək? Bunun da izahı ya “ASAN Finans” ya da İSB ola bilər.

Dələduzluq halları ilə mübarizə hansı istiqamətdə olacaq?Polisdən F4 arayışının nəhayət elektron əldə olunmasını görə biləcəyik.

Sonda isə ekspert, icbari tibbi sığortanın tətbiqi ilə MBNP-nın icbari tibbi sığortaya(dolayısı ilə tibbi sığortaya) nəzarəti prosesual olaraq itirəcəyini də qeyd edib.

 

Mehman Nəbiyev