"Stratolaunch Systems" şirkəti şənbə günü ABŞ-ın qərbində raket daşıyıcılarının havaya buraxılışı üçün nəzərdə tutulan dünyanın ən böyük "Stratolaunch" təyyarəsinin ilk yay sınağını həyata keçirib.
"Report" TASS-a istinadən xəbər verir ki, sınaq uçuşu Kaliforniya ştatının Mohave səhrası üzərində baş tutub.
İkigövdəli təyyarənin qanadlarının kənar nöqtələri arasındakı məsafə 117 metrdir. Hava gəmisində "Boeing 747" təyyarəsinin altı mühərriki quraşdırılıb.