Dünyada maaşlara ən çox pul xərcləyən klubların adına aydınlıq gəlib.

İqtisadiyyat.az xəbər verir ki, PSJ bu siyahıya başçılıq edir. Klubun 2022-ci ildə maaşlara xərclədiyi pul 700 milyon avrodan çoxdur. Kilyan Mbappe, Lionel Messi və Neymara verilən maaş xərcin daha çox hissəsini tutur.

Siyahıda İngiltərə Premyer Liqasının 4 klubu yer alıb. Ümumilikdə maaşlara ən çox pul xərcləyən 10 klub aşağıdakılardır.

10.Atletiko Madrid= 256 milyon avro

9. Bayern Münxen = 324 milyon avro

8. Yuventus = 336 milyon avro

7. Çelsi = 403 milyon avro

6. Mançester Siti = 418 milyon avro

5. Liverpul = 434 milyon avro

4.Mançester Yunayted = 454 milyon avro

3.Barselona = 466 milyon avro

2. Real Madrid = 519 milyon avro 

1. Paris SG = 728 milyon avro