Belarus hökuməti koronavirusa yoluxmaların baş verdiyi ölkələrin siyahısını yeniləyib.

Bu ölkənin Səhiyyə Nazirliyinin verdiyi məlumata görə, koronavirusla bağlı əlverişsiz epidemioloji vəziyyət olduğu ölkələr siyahısından Azərbaycan, İslandiya, Qırğız Respublikası, Mərakeş çıxarılıb.

Bundan sonra adı çəkilən 4 ölkədən qayıdan Belarus vətəndaşları 10 günlük karantin keçməyəcək.report