Çinin cənubundakı Quanqdonq əyalətində avtomobil yolunun çökməsi nəticəsində xəsarət alanların sayı 54 nəfərə, ölənlərin sayı isə 24-ə çatıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası (CCTV) məlumat yayıb.

***

09.35

Çinin cənubundakı Quanqdonq əyalətində yüksəksürətli magistral yolun bir hissəsi çöküb, 18 avtomobil dağıntılar altında qalıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Bildirilib ki, hadisə mayın 1-də, yerli vaxtla saat 2:10 radələrində Quanqdonq əyalətindən Fujian əyalətinə gedən ekspress yolunda baş verib. Hadisə nəticəsində 19 nəfər ölmüş, 30 nəfər isə müxətlif dərəcəli bədən xəsarətləri alıb.

Hadisə yerində xilasedicilər və yanğınsöndürənlər cəlb edilib. Xəsarət alnalar xəstəxanaya yerləşdiriliblər.

Magistral yolda isə nəqliyyatın hərəkəti bağlanıb.