"Çin hakimiyyəti keçmiş Amerika lideri Donald Tramp və indiki ABŞ prezidenti Co Bayden arasında fərq qoymur və onların hər biri ilə əməkdaşlığa hazırdır.

İqtisadiyyat.az xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin brifinqdə bildirib.

"ABŞ-nin növbəti prezidentinin kim seçilməsindən asılı olmayaraq, biz ümid edirik ki, Amerika tərəfi Çinlə əməkdaşlıq edə biləcək. Prezident seçkiləri ABŞ-nin öz işidir. Çin həmişə ABŞ-nin daxili siyasətinə qarışmamaq prinsipinə əməl edib. Biz bu ölkədə keçirilən seçkilərə qarışmırıq", - deyə o, vurğulayıb.

 

Gözəl Həşimova