Azərbacan Dövlət Pedaqoji Universiteti (ADPU) mühafizə xidmətini təşkil edəcək şirkət axtarır.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, mühafizə xidməti gələn il üçün tədris və inzibati binaların, eləcə də ərazilərin mühafizəsini təşkil edəcək.

Xidmətin tərkibi 40 nəfərdən ibarətdir.

Buraya 1 nəfərdən ibarət mühafizə rəisi, 17 nəfərdən ibarət gündüz növbəsi mühafizəçisi, 18 nəfərdən ibarət gecə növbəsi mühafizəçisi və 4 nəfərdən ibarət yataqxana mühafizəçisi daxildir.

Qeyd edək ki, ADPU-nun rektoru Cəfər Cəfərovdur.

Sadiq Cavadov