Bakı-Şamaxı avtomobil yolunda nəqliyyat qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparılır.

Avtomobil Yolları Dövlət Agentliyindən İqtisadiyyat.Az-a verilən məlumata görə, gecə saatlarında isə Yusif Səfərov küçəsində üfiqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq. 

İşlər saat 22:00-dan başlayaraq səhər saatlarınadək davam edəcək.

Sürücülərdən göstərilən saatlarda sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.