2019-cu ilin birinci yarısında birja üzrə əqdlərin sayı məlum olub. İqtisadiyyat.Az xəbər verir ki, bu ilin birinci yarısında birja üzrə əqdlərin cəmi 2 171 olub.  

Ümumilikdə əqdlərin 1928 –i manatla , 243 –ü ABŞ dolları ilə olub. Manatla bağlanan əqdlərin ümumi məbləği  6 mlrd 941 mln manatdan çox olub. ABŞ valyutasında olan əqdlərin ümumi məbləği isə 10 mln 595 min dollar təşkil edib.

Birjadan kənar əqdlərin cəmi 297 olub ki, bunlardan 281 manatda, 16-sı isə dollarda olub. Manatda olan birjadan kənar əqdlərin ümumi məbləği  367 mln 651 min manat, dollarda olan əqdlərin ümumi məbləği isə 242 mln 189 min dollar təşkil edib.

Repo əməliyyatları üzrə bağlanan cəmi əqdlər 244 olub ki, bunun da 237-si 430 mln 848 mini manatda , 7 –si isə ümumi məbləği 3 mln 890 min dollarda olan əqdlər olub.

FED.az)