Cari ildə Oğuz rayonunda tütün əkini sahələrinin ötən ilə nisbətən 2 dəfədən çox artırılaraq, 300 hektara çatdırılması nəzərdə tutulur. Builki mövsümdə sahələrə, əsasən “Virciniya botaniki” növlü tütün əkiləcək. Tütün yetişdirilməsi ilə əlaqədar 65 fermerlə müqavilə bağlanılıb. Təsərrüfatlarda artıq tütün şitillərinin sahələrə köçürülməsinə başlanılıb. Fermerlər indiyədək 60 hektardan çox sahəyə tütün şitilləri köçürüblər.

Bu barədə Fins.az-a Oğuz Dövlət Aqrar İnkişaf Mərkəzinin direktor müavini Akif Adıgözəlov məlumat verib.

Xatırladaq ki, ötənilki mövsümdə oğuzlu fermerlər 110 hektar sahədən 215,6 ton quru tütün əldə ediblər.