Bu gün ali təhsil müəssisələrinə ixtisas seçimi başa çatır.

İxtisas seçimi avqustun 30-u, saat 23:59-da başa çatır. Bunu nəzərə alaraq, Bakıda - ali təhsil müəssisələrində yerləşən “Abituriyent Məsləhət Mərkəzləri” həftə içi günlərindən əlavə şənbə və bazar günləri, regionlarda olan mərkəzlər isə şənbə günü də fəaliyyətlərini davam etdirəcəklər.

Mərkəzlər saat 10:00-dan 17:00-dək işləyirlər.

Qeyd edək ki, ixtisas seçimi avqustun 20-dən başlayıb və Dövlət İmtahan Mərkəzinin rəsmi saytı vasitəsilə elektron qaydada aparılır.