Britaniyalılar Bakının məişət tullantılarının idarə olunması işlərinə başlayıblar.

Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda deyilir ki, ölkə başçısının tapşırıqlarına əsasən, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən Böyük Britaniyanın “Mott MacDonald” şirkəti ilə müqavilə bağlanıb və müqaviləyə uyğun olaraq, şirkət tərəfindən Bakı şəhərində bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin idarə olunması konsepsiyası hazırlanması işləri davam edir.

Bu işlərin məqsədi paytaxt Bakı şəhərində bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin idarə olunması işlərini aparıcı Avropa dövlətlərinin paytaxtları və iri şəhərləri səviyyəsinə çatdırmaq, paytaxtı gözəl məkana çevirməkdir.

Bununla əlaqədar şirkətin 2 mütəxəssisi - Alex Symeonidis və Nick Wilson Bakıdadırlar və onların rəhbərliyi ilə yeni yaradılan Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Məişət Tullantılarının İdarə Edilməsi Üzrə Monitorinq Mərkəzində 2 həftə ərzində ərazidən yığılan məişət tullantılarının kompozisiyası araşdırılır.

Bu müddət başa çardıqdan sonra yekun nəticələrə əsasən məişət tullantılarının yığılması və daşınması sahəsində yeni innovativ metodların tədbiq edilməsi üçün lazımi qərarlar veriləcək.

Belə ki, məişət tullantılarının yığılma sahəsindən hansı çeşidləmə növlərinin tətbiqi və onların daşınmasında daha səmərəli marşrutlarının təyin olunması istiqamətində işlər aparılır. Bu proses bir neçə ay ərzində başa çatdırılacaq və bu işlərin gedişatına paralel olaraq məişət tullantılarının yığılması üçün xüsusi qabların (konteynerlərin) ölçüləri, rəngləri, üzərində yazılacaq loqolar və ən əsası əhali arasında maarifləndirmə işlərinin aparılması nəzərdə tutulur.

Layihə uğurla nəticələnəcəyi halda ətraf mühit üçün böyük müsbət təsirlər, həm də Bakı şəhəri üçün iqtisadi faydalar verəcək, regiondakı digər şəhərlər üçün də gələcəkdə başlanğıc nöqtəsi olacaq.

Konsepsiya çərçivəsində artıq 3 aya yaxındır ki, Bakı şəhərində işlər gedir, 7 rayonda (Səbail, Nərimanov, Yasamal, Nəsimi, Binəqədi, Nizami və Xətai) məişət tullantıları üçün yeni konteynerlər qoyulub, digər rayonlarda da yeni konteynerlərin qoyulması nəzərdə tutulub. Konsepsiyanın başa çatdırılması və tam şəkildə həyata keçirilməsi işləri 2019-cu ilin sonu, 2020-ci ilin əvvəlinə nəzərdə tutulub.

 

W1siZiIsIjIwMTkvMDUvMDMvMTUvMzkvMDMvNGFmYTYzYTktY2UwZC00NjkwLWE5ZTktYTk3Y2IyYzc3YmQwL0RTQ18xOTg3LkpQRyJdLFsicCIsImVuY29kZSIsImpwZyIsIi1xdWFsaXR5IDgwIl0sWyJwIiwidGh1bWIiLCI1OTB4NTkwXHUwMDNlIl1d?sha=023875cb4ef75728

W1siZiIsIjIwMTkvMDUvMDMvMTUvMzkvMDUvOTQ0NGVkNDctY2E5Mi00NjliLTk5NDAtNjMyM2NkYTk5M2E4L0RTQ18xOTc1LkpQRyJdLFsicCIsImVuY29kZSIsImpwZyIsIi1xdWFsaXR5IDgwIl0sWyJwIiwidGh1bWIiLCI1OTB4NTkwXHUwMDNlIl1d?sha=09c71f41824606dd

W1siZiIsIjIwMTkvMDUvMDMvMTUvMzkvMDgvMTY5YTY1MDYtZjE5ZC00OGNmLTljNWEtNjVlMTNlMWIxM2U5L0RTQ18yMDIyLkpQRyJdLFsicCIsImVuY29kZSIsImpwZyIsIi1xdWFsaXR5IDgwIl0sWyJwIiwidGh1bWIiLCI1OTB4NTkwXHUwMDNlIl1d?sha=331065d0009dfdbb

W1siZiIsIjIwMTkvMDUvMDMvMTUvMzkvMTAvMGIyM2JiNjUtOTlkZi00ZTIzLThhYTktN2Y4YjQwMjIxMGUwL0RTQ18yMDMzLkpQRyJdLFsicCIsImVuY29kZSIsImpwZyIsIi1xdWFsaXR5IDgwIl0sWyJwIiwidGh1bWIiLCI1OTB4NTkwXHUwMDNlIl1d?sha=2e2331a1b31b7305

W1siZiIsIjIwMTkvMDUvMDMvMTUvMzkvMTMvNzkyN2IxN2YtNTU2Ny00ZTg3LWJlZmEtNjVjNjkwNmIxMzIyL0RTQ18yMDIzLkpQRyJdLFsicCIsImVuY29kZSIsImpwZyIsIi1xdWFsaXR5IDgwIl0sWyJwIiwidGh1bWIiLCI1OTB4NTkwXHUwMDNlIl1d?sha=844387832a5c1793

W1siZiIsIjIwMTkvMDUvMDMvMTUvMzkvMjEvZDdhYTg5NTEtNmE1Yi00YmFkLWEzNTctYjhkNzVhN2JlYmQwL0RTQ18xOTk0ICgxKS5KUEciXSxbInAiLCJlbmNvZGUiLCJqcGciLCItcXVhbGl0eSA4MCJdLFsicCIsInRodW1iIiwiNTkweDU5MFx1MDAzZSJdXQ?sha=2b0df7ddcfbcf920