Londonun ICE birjasında "Brent" markalı Şimal dəniz neft qatışığının sentyabr fyuçersinin Bakı vaxtı ilə 06:20-yə olan vəziyyətə görə dəyəri bir barel üçün 65,16 dollar təşkil edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu birja məlumatları təsdiq edir.

Bu növ neftin bir barelinin qiyməti sonuncu dəfə cari ilin iyul ayının 17-də 65 dollardan yuxarı olub.