Dünyanın aparıcı kriptovalyutası - bitkoinin qiyməti bu ilin may ayından bəri ilk dəfə 52 min ABŞ dollarını keçib.

Kriptovalyuta son 24 saat ərzində 1,6%, son 7 gün ərzində isə 11,4% bahalaşaraq 52 585 dollara satılıb.

Nəticədə onun kapitallaşması 987,35 milyard dolları keçib.

Kapitallaşmaya görə 2-ci pillədə qərarlaşan “Ethereum”un qiyməti isə son bir sutkada 0,07 % artaraq 3 921 ABŞ dolları olub. İlk onluqda qərarlaşan altkoinlərdən ən çox bahalaşan “Solana”dır.

Kriptovalyuta bazarının toplam dəyəri 2,37 trilyon ABŞ dollara çatıb.

"СoinМarketСap"in Bakı vaxtı ilə saat 9:25-ə olan məlumatları aşağıdakı kimidir.

cace4e0b-62a6-30b8-9f04-370307ea70d6_321.png