Bərdə rayonunda yaz-tarla işləri davam etdirilir. Fermer və torpaq mülkiyyətçiləri ölkəmizdə koronavirusun yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin qaydalarına uyğun olaraq, əkin-səpin aparır, torpağa və bitkilərə lazımi aqrotexniki qulluq edirlər.

Rayon Statistika İdarəsinin rəisi Əlövsət Məmmədov Fins.az-a bildirib ki, indiyədək 14 min 203,1 hektar sahədə yazlıq səpin həyata keçirilib. Əkinlərin 95 hektarı dən üçün qarğıdalı, 8375,1 hektarı pambıq, 2410 hektarı təzə yonca, 121 hektarı dən üçün günəbaxan, 119 hektarı kartof, 2250 hektarı tərəvəz, 50 hektarı şəkər çuğunduru, 783 hektarı bostandır.

Hazırda rayonda yazlıq bitkilərin, o cümlədən pambığın əkini davam edir.