Türkiyə bazarlarında piştaxtaya çıxarılan İran qarpızları qiymətin baha olması səbəbilə dilimlənərək satılır. İnsanların büdcəsinə uyğun olması üçün qarpızı dilimləyərək satdıqlarını qeyd edən satıcı Ersin Gülər “qarpızlar İrandan gəlir, çünki hazırda ancaq orada yetişdirilir. Adanda yetişdirilən qapızdan daha dadlıdır. Kiloqramını 5 lirəyə(təxminən 1manat 40 qəpiyə) satırıq. Bütöv şəkildə hələki satmırıq. İnsanlar ala bilsinlər deyə, dilimləyib satırıq.” deyib.