Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi Bakıdakı zəlzələ ilə bağlı növbəti rəsmi məlumat yayıb.

Qurumdan İqtisadiyyat.az-a daxil olan məlumatda deyilir:

"Zəlzələ Xəzəryanı rayonlarda, Abşeron yarımadasında 5-3 bala qədər hiss olunub".

***

08.51

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi Bakıdakı zəlzələ ilə bağlı rəsmi məlumat yayıb.

Qurumdan İqtisadiyyat.az-a bildirilib ki, zəlzələ yerli vaxtla 08:15-də baş verən zəlzələ hiss olunub.

"Siyəzən stansiyasından 60 km şərqdə, Xəzər dənizində zəlzələ qeydə alınıb. Yeraltı təkan 68 km dərinlikdə, 5,6 maqnitudalı olub. Zəlzələ 5-3 bala qədər hiss olunub", - məlumatda vurğulanıb.

***

08.17

Azərbaycanda zəlzələ olub.

İqtisadiyyat.az xəbər verir ki, zəlzələ Bakı və ətraf ərazilərdə hiss edilib.

Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, ilkin məlumata əsasən Azərbaycan ərazisində zəlzələ qeydə alınıb.

Zəlzələ hiss olunub.