Bakıda naməlum şəxs Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsində yerləşən “iPhone Service Baku" mağazasına hücum edib.

Mağazanın qapısını sındıran şəxs içəridən bir neçə telefon götürərək oradan uzaqlaşıb.

Hadisənin bayram gecəsi baş verdiyi bildirilir.

Polis faktla bağlı araşdırma aparır.